İsveç yığması İbrahimoviçin şərəfinə vida matçı keçirəcək
Əziz Əzizli
İsveç futbol komandası hücumçu Zlatan İbrahimoviçin şərəfinə vida oyunu keçirəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb. Görüş iyunun 8-də Stokholmda baş tutacaq. İsveçlilərin rəqibi Serbiya yığması olacaq.
İbrahimoviç İsveç yığmasında 122 oyun keçirib və 62 qola imza atıb. O, millinin ən yaxşı bombardiridir. İbrahimoviç 12 dəfə İsveçdə ilin ən yaxşı futbolçusu seçilib.
İbrahimoviç dizindən aldığı zədə səbəbindən ötən il karyerasını başa vurmuşdu.
Teqlər:
"\u0130sve\u00e7 y\u0131\u011fmas\u0131 \u0130brahimovi\u00e7in \u015f\u0259r\u0259fin\u0259 vida mat\u00e7\u0131 ke\u00e7ir\u0259c\u0259k"