Ronaldo het-trik etdi, komandası darmadağınla qazandı
Əziz Əzizli
"Əl-Nəsr” Səudiyyə Ərəbistanı Pro Liqasının 26-cı turunda səfərdə “Abha” ilə qarşılaşıb.
"Operativ Media" xəbər verir ki, matç qonaq komandanın 8:0 hesablı qələbəsi ilə başa çatıb.
Kristiano Ronaldo sözügedən görüşdə het-trik edib, eyni zamanda qol ötürməsi verib. Ronaldo bundan əvvəlki turda “Əl-Tai” ilə görüşdə də 3 qol vurmuşdu.
Bu qələbədən sonra “Əl-Nəsr” 62 xalla 2-ci pillədə qərarlaşıb. “Abha” 22 xalla 17-ci yerdədir
Teqlər:
"Ronaldo het-trik etdi komandas\u0131 darmada\u011f\u0131nla qazand\u0131"