"Operativ Media" xəbər verir ki, tədbirdə qurumun 2023-cü il üzrə gəlirləri açıqlanıb.
AFFA-ya ötən ildə ümumilikdə 35 milyon 617 min 445 manat vəsait daxil olub. Bunların 13 milyon manatı SOCAR-dan (AFFA Maliyyə dəstəyi), SOCAR-dan daha 6 milyon 475 min 873 manat isə Qrant müqavilə çərçivəsində ödənilib.
UEFA-dan 4 milyon 854 min 178 manat gəlir daxil olub. Digər vəsait isə sponsorlardan və FIFA-dan gəlib.
Daxil olan vəsaitlərin 36 faizi xarici mənbələr hesabında formalaşıb.
AFFA-nın ötən il üzrə xərcləri isə 27 milyon 957 min 622 manat olub. Burada yüksək məbləğ milli komandalara xərclənəndir. Yığmalara ümumilikdə 12 milyon 806 min 378 manat vəsait xərclənib
Teqlər:
"AFFA-n\u0131n illik x\u0259rcl\u0259ri a\u00e7\u0131qland\u0131"