"Sumqayıt" rekordunu yenilədi
Əziz Əzizli
“Sumqayıt” FK tarixi ərzində bir mövsümdə ən çox xalı toplayıb.
"Operativ Media" xəbər verir ki, komanda bu nailiyyətə Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün 28-ci turunun “Araz-Naxçıvan”la oyununda qazandığı qələbə sayəsində çatıb. Belə ki, cari mövsümdə xallarının sayını 42-ə çatdıran Samir Abasovun baş məşqçisi olduğu kollektiv bununla da tarixi rekorda imza atıb.
Qeyd edək ki, “Sumqayıt” FK bundan öncə ən çox xalı 2017/2018 mövsümünün yekununda toplamışdı – 40 xal. Sözügedən mövsümdə Azərbaycan Premyer Liqasında 8 komanda mübarizə aparırdı və ümumilikdə 28 tur oynanılmışdı.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net