"Liverpul"un oyununda azarkeş rekordu qırıldı
Əziz Əzizli
İngiltərənin “Liverpul” klubunun ev oyununda azarkeş rekordu qırılıb.
"Operativ Media" xəbər verir ki, bu, Premyer Liqanın 30-cu turunda “Brayton”la oyuna təsadüf edib.
Mersisaydlıların 2:1 hesablı qələbə qazandığı görüşü 60061 tamaşaçı izləyib. Bu, “Enfild Roud” stadionunda Premyer Liqa çərçivəsində azarkeş rekordudur. Arenanın tutumu 61276 nəfərdir.
Qeyd edək ki, “Liverpul” hazırda 67 xalla turnir cədvəlinə başçılıq edir
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net