Menyu

Azərbaycan PL: "Qəbələ" "Neftçi"ni, "Kəpəz" "Qarabağ"ı qəbul edəcək

Əziz Əzizli
Azərbaycan PL: "Qəbələ" "Neftçi"ni, "Kəpəz" "Qarabağ"ı qəbul edəcək

Bu gün Azərbaycan Premyer Liqasında 28-ci tura start veriləcək.

"Operativ Media" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı Qəbələdə keçiriləcək. Şəhərin eyniadlı komandası "Neftçi"ni qonaq edəcək.

Günün son qarşılaşması isə Tofiq Bəhramov adına respublika stadionunda olacaq. "Kəpəz" "Qarabağ"ı qəbul edəcək. 

"Qarabağ" bu oyunda məğlub olmasa sona 8 tur qalmış çempionluğunu rəsmiləşdirəcək.

Azərbaycan Premyer Liqası

28-ci tur

29 mart

“Qəbələ” – “Neftçi”

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.

Qəbələ şəhər stadionu, 16:30.

“Kəpəz” – “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.

Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

Teqlər:

"Az\u0259rbaycan PL: \"Q\u0259b\u0259l\u0259\" \"Neft\u00e7i\"ni \"K\u0259p\u0259z\" \"Qaraba\u011f\"\u0131 q\u0259bul ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər