Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq
Nərmin Qocamanlı
Quba rayonu, 2-ci Nügədi kəndi istiqamətində çəkilmiş daşıyıcı qaz xəttinin yeraltı keçən hissəsində "Təmiz Qaz" QSC tərəfindən aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 29.03.2024-cü il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
“Azəriqaz”dan “Operativ Media"ya verilən məlumata görə, təmir-bərpa işləri görülən müddətdə Quba rayonunun bir hissəsinin (18 yaşayış məntəqəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Teqlər:
"Quban\u0131n bir hiss\u0259sinin qaz t\u0259chizat\u0131nda fasil\u0259 yaranacaq"