Menyu

Bayram günlərində yol qəzalarında 7 nəfər ölüb

Nərmin Qocamanlı
Bayram günlərində yol qəzalarında 7 nəfər ölüb

Novruz bayramı ilə əlaqədar mart ayının 20-dən 27-dək müəyyən edilmiş istirahət günlərində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 39 yol nəqliyyat hadisəsi qeydə alınmışdır ki, nəticədə 7 nəfər həyatını itirib.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş DYP İdarəsi məlumat yayıb.

Məlumata görə, builki bayram günlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm faktı 36 faiz azalıb.

"Qeyri iş günlərində Baş DYP İdarəsinin bütün şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərmiş və demək olar ki, bütün stasionar postlarda gündəlik  nəzarət tədbirləri həyata keçirilmişdir. Baş DYP İdarəsi tərəfindən yollarda baş verə biləcək ağır nəticəli qəzaların qarşısının alınasına yönəlmiş profilaktik tədbirlər bundan sonra da davam etdiriləcəkdir", - məlumatda qeyd olunub.

Teqlər:

"Bayram g\u00fcnl\u0259rind\u0259 yol q\u0259zalar\u0131nda 7 n\u0259f\u0259r \u00f6l\u00fcb"

Əlaqəli Xəbərlər