Menyu

Azərbaycan "Böyük Dəbilqə" turnirində 9 idmançı ilə təmsil olunacaq

Əziz Əzizli
Azərbaycan "Böyük Dəbilqə" turnirində 9 idmançı ilə təmsil olunacaq

29-31 martda Türkiyənin Antalya şəhərində “Böyük Dəbilqə” turniri keçiriləcək.

"Operativ Media" xəbər verir ki, üç gün davam edəcək turnirdə 94 ölkədən 600-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Azərbaycan yığması yarışda 6 çəki dərəsində 9 idmançı ilə təmsil olunacaq. Cüdoçulara mötəbər yarışda böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elçin İsmayılov və məşqçi Rüstəm Alimli rəhbərlik edəcək.

Yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

-60 kq.

Əhməd Yusifov

-66 kq.

Ruslan Paşayev

Rəşad Yelkiyev

-73 kq.

Rəşid Məmmədəliyev

Vüsal Qələndərzadə

-81 kq.

Ömər Rəcəbli

-90 kq.

Vüqar Talıbov

+100 kq.

Uşanqi Kokauri

Camal Qamzatxanov

Teqlər:

"Az\u0259rbaycan \"B\u00f6y\u00fck D\u0259bilq\u0259\" turnirind\u0259 9 idman\u00e7\u0131 il\u0259 t\u0259msil olunacaq"

Əlaqəli Xəbərlər