Gəncə klubunun baş məşqçisi futboldan uzaqlaşdırıldı
Əziz Əzizli
AFFA U-13 Liqasında çıxış edən “Azəri” komandasının baş məşqçisi Elşən Əliyevin futbolla bağlı hər hansı fəaliyyətinə bir il müddətinə qadağa qoyulub.
"Operativ Media" xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar çıxarıb.
Gəncə təmsilçisinə rəhbərlik edən mütəxəssis “Turan Tovuz”la matçda baş hakimi təhqir edib, referinin şərəf və layaqətini alçaldıb. Bundan əlavə, baş məşqçi ədalət təmsilçisini vurmağa da cəhd edib.
Görüş yarımçıq dayandırıldığı üçün “Azəri”yə 0:3 hesablı texniki məğlubiyyət verilib
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net