Menyu

Vüsal İsgəndərli Türkiyə Super Liqasında oynamaq istəyir

Əziz Əzizli
Vüsal İsgəndərli Türkiyə Super Liqasında oynamaq istəyir

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Türkiyə Super Liqasında oynamaq istəyir.

"Operativ Media" xəbər verir ki, bunu I Liqada çıxış edən “Boluspor”un yarımmüdafiəçisi yerli mətbuata açıqlamasında deyib.

28 yaşlı oyunçu Bolu təmsilçisində özünü çox yaxşı hiss etdiyini bildirib: “Burada hər şey ürəyimcədir. Klubun fərqli sistemi var. Vaxt keçdikcə qollarım və assistlərim də gələcək. İndiki mərhələdə əsas Superliqaya yüksəlmək üçün pley-offa vəsiqə qazanmaqdır. Növbəti mövsüm Superliqada oynamaq istəyirəm”.

“Boluspor”a bu ilin əvvəlində Albaniya klubu “Eqnatiya”dan keçən İsgəndərlinin müqavilə müddəti 2026-cı ilin yayına qədərdir

Teqlər:

"V\u00fcsal \u0130sg\u0259nd\u0259rli T\u00fcrkiy\u0259 Super Liqas\u0131nda oynamaq ist\u0259yir"

Əlaqəli Xəbərlər