Benzia dubl etdi, Əlcəzair məğlubiyyətdən xilas oldu
Əziz Əzizli
"Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia növbəti dəfə fərqlənib. Uzun faslədən sonra Əlcəzair millisinə çağırılan futbolçu ardıcıl 2-ci oyunda qol vurub.
"Operativ Media" xəbər verr ki, Benzia bu dəfə daha məhsuldar oynayıb. O, CAR-la yoldaşlıq matçında komandasının bütün qollarında iştirak edib.
3:3 hesabıyla bitən görüşdə Yassin 22-ci dəqiqədə hesabı açıb, 70-ci dəqiqədə oyunda son nöqtəni qoyub. 29 yaşlı oyunçu digər qolun da məhsuldar ötürməsini verib.
Benzia 4 gün öncə Bolviya ilə matçda (3:2) da 2-ci qolun müəllifi olmuşdu
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net