Azərbaycanın U-21 millisi Ukraynaya məğlub oldu
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
"Operativ Media" xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu komanda Ukrayna U-21 ilə qarşılaşıb. "Azərsun Arena"da keçirilən matç Ukraynanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu gün qrupun digər oyunlarında Serbiya Şimali İrlandiyanı (saat 21:00), İngiltərə Lüksemburqu (23:00) qəbul edəcək.
Azərbaycan millisi bu nəticədən sonra yer aldığı F qrupunda 3 xalla sonuncu pillədə qərarlaşıb. Ukrayna isə 18 xalla liderdir.
Xatırladaq ki, U-21 martın 22-də İngiltərəyə 1:5 hesabı ilə məğlub olub.
26 mart
Avropa çempionatının seçmə mərhələsi
16:00. Azərbaycan U-21 - Ukrayna U-21 - 0:3
Qollar: Yatsuk, 25,Oçeretko, 40, Valentin Rubxniski, 66