Menyu

Azərbaycan millisi Bolqarıstanla heç-heçə etdi

Əziz Əzizli
Azərbaycan millisi Bolqarıstanla heç-heçə etdi

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti sınağına çıxıb.

"Operativ Media" xəbər verir ki, millimiz Bakıda “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Bolqarıstan yığmasıyla üz-üzə gəlib.

Müvəqqəti baş məşqçi Arif Əsədovun rəhbərlik etdiyi yığmamız bir neçə gün öncə Monqolustana 1:0 hesabıyla qalib gəlmişdisə, bolqarlar da Bakıda Tanzaniyanı eyni hesabla üstələmişdilər.

“Tofiq Bəhramov”da baş tutan oyunu estoniyalı hakimlər idarə ediblər. Tərəflər meydanı məhsuldar heç-heçə ilə tərk ediblər – 1:1.

Günün digər oyununda isə Tanzaniya və Monqolustan yığmaları üz-üzə gəliblər. Bu qarşılaşmada Tanzaniya yığması 3:0 hesablı qələbəyə sevinib.

“FIFA series – Edition 2024”

25 mart

Azərbaycan – Bolqarıstan 1:1

Qollar: Musa Qurbanlı, 87 – Filip Krastev, 59

Teqlər:

"Az\u0259rbaycan millisi Bolqar\u0131stanla he\u00e7-he\u00e7\u0259 etdi"

Əlaqəli Xəbərlər