Astarada brakonyerliklə məşğul olan şəxs saxlanılıb
Nərmin Qocamanlı
Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Astara rayonu ərazisində Şahağacı çayında qanunsuz balıq ovu ilə məşğul olan rayon sakini N.Əliyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan"Operativ Media"ya verilən məlumata görə, həmin şəxsdən sintetik torlar və qanunsuz ovlanmış müxtəlif növ balıqlar aşkar edilib.
Araşdırmalar davam etdirilir.
Teqlər:
"Astarada brakonyerlikl\u0259 m\u0259\u015f\u011ful olan \u015f\u0259xs saxlan\u0131l\u0131b"