Menyu

AZAL Moskvadan gələn sərnişinlərinə müraciət edib

Nərmin Qocamanlı
AZAL Moskvadan gələn sərnişinlərinə müraciət edib

Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saat qalmış hava limanına gəlmələrini xahiş edir.

"Operativ Media" AZAL-a istinadən xəbər verir ki, “Crocus City Hall”da baş vermiş faciəli hadisə ilə əlaqədar martın 23-25-də yola düşəcək və daşınmadan imtina edən sərnişinlərə ilkin gediş tarixindən növbəti 3 gün ərzində marşrutun saxlanılması şərti ilə aviabiletlərin məcburi şəkildə yenidən rəsmləşdirilməsinə və ya tam dəyərinin məcburi şəkildə qaytarılmasına icazə verilir.

Əlavə suallar yarandıqda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Teqlər:

"AZAL Moskvadan g\u0259l\u0259n s\u0259rni\u015finl\u0259rin\u0259 m\u00fcraci\u0259t edib"

Əlaqəli Xəbərlər