Menyu

Xaçmazda qadın qohumu tərəfindən öldürülüb

Nərmin Qocamanlı
Xaçmazda qadın qohumu tərəfindən öldürülüb

Martın 21-də Xaçmaz rayon sakini 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Xaçmaz rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Xaçmaz rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlər əsasında birgə keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Tofiq Balacayevin aralarında yaranmış mübahisə zamanı qohumu Safura Balacayevaya küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Tofiq Balacayev şübhəli şəxs qismində tutulub. 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Teqlər:

"Xa\u00e7mazda qad\u0131n qohumu t\u0259r\u0259find\u0259n \u00f6ld\u00fcr\u00fcl\u00fcb"

Əlaqəli Xəbərlər