Menyu

Maştağada istixanadan 10 min manatlıq elektrik avadanlıqları oğurlayanlar saxlanılıblar

Nərmin Qocamanlı
Maştağada istixanadan 10 min manatlıq elektrik avadanlıqları oğurlayanlar saxlanılıblar


Martın 22-də Maştağa qəsəbəsində yerləşən istixanaların birindən 10.000 manat dəyərində transformator, generator, elektrik naqili, su nasosu və istilik təchizat qurğusunun oğurlanması barədə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsinə (PŞ) məlumat daxil olub. 

"Operativ Media" xəbər verir ki, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Orxan Rüstəmov, əvvəllər dəfələrlə məhkum olunmuşlar Rafiq Cəfərov və Elmar Xıdırov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı  Sabunçu RPİ-nin 14-cü PŞ-də araşdırmalar aparılır.

O.Rüstəmov, R.Cəfərov və E.Xıdırovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.

Teqlər:

"Ma\u015fta\u011fada istixanadan 10 min manatl\u0131q elektrik avadanl\u0131qlar\u0131 o\u011furlayanlar saxlan\u0131l\u0131blar"

Fotogalereya

Əlaqəli Xəbərlər