Şahdağda qarın hündürlüyü 30 sm olub - FAKTİKİ HAVA
Nərmin Qocamanlı
Faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, martın 23-ü saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.
Qar örtüyünün hündürlüyü Şahdağda 30 sm, Qrızda 6 sm olub.
Düşən yağıntının miqdarı Qaxda 13 mm, Zaqatalada 10 mm, Balakəndə 9 mm, Zərdabda 7 mm, Göyçay, Şəkidə 6 mm, Yevlax, Tovuz, İmişli, Mingəçevir, Sədərək, Kürdəmir, Göygöl, Daşkəsən, Sabirabad, Lənkəran, Astara, Oğuz, Qəbələ, Gəncə, Gədəbəy, Şahdağ, Biləsuvar, Yardımlı, Göytəpə, Qobustan, Qusar, Xaltan, Bərdə, Tərtər, Şəmkir, Ağstafa, İsmayıllı, Şamaxı, Ceyrançöl, Ağdam, Naxçıvan, Şərur, Ordubadda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Naxçıvan MR-da 1-5, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda isə 0-5 dərəcə şaxta olub.
Teqlər:
"\u015eahda\u011fda qar\u0131n h\u00fcnd\u00fcrl\u00fcy\u00fc 30 sm olub - FAKT\u0130K\u0130 HAVA"