Azərbaycan Monqolustanı məğlub etdi
Əziz Əzizli
İlk dəfə Bakıda təşkil olunan futbol üzrə “FIFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün ilk oyunlar keçirilib.
"Operativ Media" xəbər verir ki, Azərbaycan millisi birinci görüşünə çıxıb.
Arif Əsədovun rəhbərlik etdiyi komanda Monqolustanı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma yığmamızın çətin qələbəsiylə yekunlaşıb.
Digər matçda Bolqarıstanla Tanzaniya üz-üzə gəliblər. “Liv Bona Dea Arena”da təşkil olunmuş bu oyunda da bolqarlar tək qolla qalib gəliblər – 1:0.
“FIFA series – Edition 2024”
22 mart
Azərbaycan – Monqolustan 1:0
Qol: Bəhlul Mustafazadə, 90+1.
Baş hakim: Zorbay Küçük (Türkiyə).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net