Menyu

Samuxda subasmaya məruz qalan ərazilərin suyu çəkilib

Nərmin Qocamanlı
Samuxda subasmaya məruz qalan ərazilərin suyu çəkilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intensiv yağan yağışlar nəticəsində Samux rayonunun Köbər kəndində bir sıra ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Nazirlikdən "Operativ Media"ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər təxirəsalınmaz tədbirlər, o cümlədən yağış sularının fərdi yaşayış evlərinə dolmaması üçün müvafiq tədbirlər həyata keçirilir.

Teqlər:

"Samuxda subasmaya m\u0259ruz qalan \u0259razil\u0259rin suyu \u00e7\u0259kilib"

Əlaqəli Xəbərlər