Menyu

Hərbi Prokurorluq: Azərbaycan Ordusu zabitinin intihar etməsi ilə bağlı cinayət işi başlanıb

Nərmin Qocamanlı
Hərbi Prokurorluq: Azərbaycan Ordusu zabitinin intihar etməsi ilə bağlı cinayət işi başlanıb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti, Musayev Şəhriyar Nizami oğlunun odlu silahdan istifadə edərək özünü öldürməsi barədə Füzuli Hərbi Prokurorluğuna məlumat verilib. 

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətindən "Operativ Media"ya bildiriblər ki, daxil olmuş məlumat əsasında Füzuli Hərbi Prokurorluğunun və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınmış və digər hərəkətlər icra edilib.

Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. 

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər