Biləsuvarda pirotexniki vasitələr satan obyekt sahibi məsuliyyətə cəlb olunub
Redaksiya
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin gizli şəkildə satışının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Operativ Media"ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı Biləsuvar şəhəri ərazisindəki mağazalardan birində pirotexniki vasitələrin satıldığı aşkarlanıb.
Həmin mağazanın sahibi İ.Mehdiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.
Teqlər:
"Bil\u0259suvarda pirotexniki vasit\u0259l\u0259r satan obyekt sahibi m\u0259suliyy\u0259t\u0259 c\u0259lb olunub"