Neftçalada aksiz markasız siqaret satan şəxs saxlanılıb
Nərmin Qocamanlı
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini F.Məmmədovun idarə etdiyi nəqliyyat vasitəsi saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, avtomobilə baxış zamanı aksiz markası olmayan 1740 ədəd müxtəlif markalı siqaret aşkarlanaraq götürülüb.
Bundan əlavə aparılan profilaktik tədbirlər nəticəsində son iki gün ərzində 1-i könüllü olmaqla, rayon sakinlərindən 5 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Teqlər:
"Neft\u00e7alada aksiz markas\u0131z siqaret satan \u015f\u0259xs saxlan\u0131l\u0131b"