Neftçalada brakonyerliklə məşğul olan 2 nəfər müəyyən edilib
Nərmin Qocamanlı
Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşlarının qanunsuz balıq ovuna qarşı keçirdikləri profilaktik tədbirlər zamanı Kür çayının Mayak-1 kəndi ərazisindən keçən hissəsində qanunsuz balıq ovu ilə məşğul olan 2 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, həmin şəxslərdən taxta qayıqlar, sintetik torlar, qadağan olunan ov qurğuları, eləcə də qanunsuz ovlanmış şamayı balıqları aşkar edilib.
Faktla bağlı araşdırmalar aparılır.
Teqlər:
"Neft\u00e7alada brakonyerlikl\u0259 m\u0259\u015f\u011ful olan 2 n\u0259f\u0259r m\u00fc\u0259yy\u0259n edilib"