"Qarabağ" 25 ilin rekorduna imza atdı
Əziz Əzizli
"Qarabağ” Azərbaycan Premyer Liqasının 27 turunda 71 qol vurub.
"Operativ Media" xəbər verir ki, bu, ölkə çempionatları tarixində son 25 ilin rekordudur.
Daha yüksək məhsuldarlığa sonuncu dəfə ötən əsrdə – 1998/99 mövsümündə təsadüf olunub. Həmin vaxt “Kəpəz” 27 turda 75 qol vurub. Gəncə təmsilçisinin bir matçdakı texniki qələbəsi də nəzərə alınmadan belə göstərici reallaşıb.
Ölkə çempionatlarının 27 tur üçün mütləq rekordu isə 1996/97 mövsümündə rəsmiləşib. “Neftçi” bu qədər oyunda 91 dəfə rəqib qapısına yol tapıb
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net