Menyu

Bu gün Göygöl rayonunun qaz təchizatında fasilə yaranacaq

Nərmin Qocamanlı
Bu gün Göygöl rayonunun qaz təchizatında fasilə yaranacaq

Bu gün Göygöl rayonunun qaz təchizatında fasilə yaranacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, Göygöl rayonu ərazisində yeni tikilmiş “Göygöl Şərab-1” qaz ölçü qovşağında ölçü-hesablayıcı avadanlıqların, ROC cihazının, sərfiyyata uyğun daraldıcı qurğunun quraşdırılması, impuls xətlərinin çəkilməsi, metroloji ölçmələrin aparılması, mərkəzi radiomodem şəbəkəsinə qoşulması işlərinin görülməsi zəruriyyəti ilə bağlı martin 18-də saat 10:00-dan “Əliuşağı” QPS-dən qidalanan “Göygöl əhali” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri aparılan müddətdə Göygöl şəhəri və rayonun 23 yaşayış məntəqəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Teqlər:

"Bu g\u00fcn G\u00f6yg\u00f6l rayonunun qaz t\u0259chizat\u0131nda fasil\u0259 yaranacaq"

Əlaqəli Xəbərlər