Menyu

Azərbaycan İsraildən ən yeni silahlar almaq istəyir

Nərmin Qocamanlı
Azərbaycan İsraildən ən yeni silahlar almaq istəyir

Azərbaycan İsraildən ən yeni silahlar almaq istəyir.

"Operativ Media" xəbər verir ki, Azərbaycan İsrail Müdafiə Nazirliyinə idxal üçün nəzərdə tutulan hərbi texnikanın yeni siyahısını təqdim edib.

Siyahıya bir metrdən az ayırdetmə qabiliyyətinə malik iki “Ofeq” kəşfiyyat peyki, SpyX kamikadze dronları, tank əleyhinə sistemlər, qabaqcıl şəbəkə rabitə sistemləri və elektron döyüş sistemləri daxil edilib.

SpyX kamikadze pilotsuz uçan aparatı 2,5 kq döyüş başlığı daşıyır, uçuş məsafəsi 50 km və güc ehtiyatı 1,5 saatdır.

İsrail Müdafiə Nazirliyi ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması səylərində iştirakı ilə əlaqədar müəyyən sistemlər üçün ixrac icazələrinin verilməsində çox diqqətli olacağını bildirib.

Teqlər:

"Az\u0259rbaycan \u0130sraild\u0259n \u0259n yeni silahlar almaq ist\u0259yir"

Əlaqəli Xəbərlər