Zaqatalada 18 yaşlı gənc partlayış nəticəsində ölüb
Zaqatalada 18 yaşlı gənc partlayış nəticəsində ölüb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya bildirilib ki, martın 16-da saat 14:30 radələrində Zaqatala rayonu ərazisində 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.