Menyu

Sabahdan yerüstü televiziya yayımçıları yeni standarta keçəcək

Nərmin Qocamanlı
Sabahdan yerüstü televiziya yayımçıları yeni standarta keçəcək

Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə yerüstü televiziya yayımçılarının proqramları martın 16-sı saat 01.00-dan etibarən HD yayımı test rejimində DVB-T2 standartına keçiriləcək.

Bu barədə "Operativ Media"ya Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, məqsəd dünya ölkələrində yerüstü televiziya yayımının yeni texnologiyalara inteqrasiyası və inkişaf tendensiyası nəzərə alınaraq ölkədə daha keyfiyyətli televiziya yayımının tətbiqidir.

Vurğulanıb ki, əhalinin açıq televiziya proqramlarına əlçatanlığının əhəmiyyətini nəzərə alaraq 48-ci TV yayım kanalı ilə aparılan açıq (ödənişsiz) rəqəmsal yerüstü SD yayımın DVB-T standartında qalması təmin olunacaq.

Teqlər:

"Sabahdan yer\u00fcst\u00fc televiziya yay\u0131m\u00e7\u0131lar\u0131 yeni standarta ke\u00e7\u0259c\u0259k"

Əlaqəli Xəbərlər