Türkiyəli azarkeşlər Qurban Qurbanovu 3 böyük klubda görmək istəyirlər - FOTOLAR
Əziz Əzizli
UEFA Avropa Liqasında "Bayer"ə son dəqiqələrdə buraxılan qolla məğlub olaraq mübarizəni dayandıran "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanova qardaş ölkə Türkiyədə azarkeşlər tərəfində maraq artıb.
"Operativ Media" xəbər verir ki, türkiyəli azarkeşlər sosial mediada Qurban Qurbanov haqqında xoş sözlər yazırlar. Onlar, az büdcə ilə Avropa Liqasının 1/8 final mərhələsinə kimi gələn "Qarabağ"ı öz klubları ilə müqayisə edirlər.
Hətta bəzi azarkeşlər Qurban Qurbanovu öz klublarının başında görmək istədiklərini bildirirlər.
Qurban Qurbanov haqqında yazılan bəzi şərhləri təqdim edirik.