"Bayer 04" və "Qarabağ"ın start heyətləri bəlli olub
"Qarabağ" FK Almaniyada UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində cavab oyununda "Bayer 04" ilə üz-üzə gələcək. Komandaların artıq start heyətləri də bəlli olub.
"Operativ Media" xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq.
"Qarabağ": Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Juninyo
Qeyd edək ki, bu gün Leverkuzen şəhərindəki "BayArena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. İlk matçda komandalar bərabərliyə razı olub - 2:2.