"Sumqayıt"ın 3 legioneri milli komandalara dəvət aldı
Əziz Əzizli
“Sumqayıt” Futbol Klubunun üç futbolçusu öz ölkələrinin milli komandalarına çağırılıb.
"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi İsa Suliman Dünya Çempionatının Asiya zonası üzrə 2-ci təsnifat mərhələsi çərçivəsində 21 və 26 mart tarixlərində İordaniya ilə qarşılaşacaq Pakistan millisinə, hücumçu Kasimir Ninqa Afrika Millətlər Kubokunun təsnifat mərhələsi çərçivəsində 22 və 26 mart tarixlərində müvafiq olaraq evdə və səfərdə Mavritaniya ilə qarşılaşacaq Çad millisinə, yarımmüdafiəçi Tresor Mossi isə 22 və 25 mart tarixlərində beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Madaqaskar və Botsvana ilə qarşılaşacaq Burundi millisinə dəvət alıb.
Teqlər:
"\"Sumqay\u0131t\"\u0131n 3 legioneri milli komandalara d\u0259v\u0259t ald\u0131"