Menyu

Xabi Alonso: "Qarabağ"a hörmət edirik, amma qorxmuruq"

Əziz Əzizli
Xabi Alonso: "Qarabağ"a hörmət edirik, amma qorxmuruq"

"Yaxşı istirahət etmişik. Əlimizdən gələni edib azarkeşlərimiz qarşısında baxımlı oyun sərgiləmək istəyirik".

"Operativ Media" xəbər verir ki, bu sözləri "Bayer"in (Almaniya) baş məşqçisi Xabi Alonso UEFA Avropa Liqasının 1/8 finalının "Qarabağ"la cavab matçı üçün təşkil edilən mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis Ağdam klubu ilə oyunun çətin keçəcəyini bildirib: "Qarabağ"la oyun asan olmayacaq. Növbəti aylarda bizi sıx qrafik gözləyir. 3 turnirdə mübarizə aparacağıq. Amma heyətimiz yaxşıdır və bütün oyunçularımız hazırdır. Ümid edirəm ki, sabah biz qalib gələcəyik".

Alonso qrup mərhələsindəki oyunlarda "Qarabağ"a qalib gəldiklərini də xatırladıb: "Bu rəqiblə qrup mərhələsindəki iki oyun keçirmişik və hər ikisində qalib gəlmişdik. Son matçın ilk hissəsində problemlərimiz oldu. Bu, qrup mərhələsi deyil. Əlbəttə, onlar da mübarizə aparacaqlar. Biz sabahkı matça yaxşı köklənməliyik. Rəqibdən qorxmuram, hörmət edirəm. Öz dinamikamıza inanırıq. Amma qorxmuruq"

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər