"Qalatasaray" "Leypziq"dən Vinsent Bayındırı transfer etdi
Əziz Əzizli
Superliqada çempionluq mübarizəsi ilə yanaşı, "Qalatasaray" növbəti mövsüm üçün heyətini gücləndirmək üçün səylərini davam etdirir.
"Operativ Media" xəbər verir ki, "sarı-qırmızılılar" transfer siyasətləri çərçivəsində mühüm addım ataraq "Leypziq"in akademiyasında yetişən 17 yaşlı sağ cinah müdafiəçisi Vinsent Bayındırı heyətinə qatıb.
Klubdan rəsmi açıqlama olmasa da, gənc futbolçu sosial şəbəkədə "Leypsiq"lə vidalaşdığını və "Qalatasaray"da karyerasına başlayacağı üçün həyəcanını və xoşbəxtliyini dilə gətirib.
Teqlər:
"\"Qalatasaray\" \"Leypziq\"d\u0259n Vinsent Bay\u0131nd\u0131r\u0131 transfer etdi"