Menyu

Portuqaliyalı baş məşqçi dünya rekorduna imza atdı

Əziz Əzizli
Portuqaliyalı baş məşqçi dünya rekorduna imza atdı

Portuqaliyalı Xorxe Xesusun çalışdırdığı "Əl Hilal" Asiya Çempionlar Liqasının 1/4 final mərhələsində 2:0 hesabı ilə qalib gəldikləri ilk oyunun revanşında səfərdə "Əl İttihad"la üz-üzə gəlib.

"Operativ Media" xəbər verir ki, "King Abdullah Sports City" Stadionunda keçirilən qarşılaşmada 2:0 hesabı ilə qalib gələn "Əl Hilal" turnirin yarımfinalına yüksəlib və "Əl Ayn"la qarşılaşıb.

Bütün yarışla daxil ardıcıl 28-ci qələbəsini qazanan Səudiyyə Ərəbistanı təmsilçisi bu sahədə yeni rekordçu olub.

Daha əvvəl Uels təmsilçisi TNS 2016-2017 mövsümündə ardıcıl 27 qələbə qazanmışdı.

2022-2023 mövsümündə "Fənərbağça"nı çalışdıran Xorxe Xesus ötən ilin iyulunda "Əl Hilal"ın başına keçib.

Teqlər:

"Portuqaliyal\u0131 ba\u015f m\u0259\u015fq\u00e7i d\u00fcnya rekorduna imza atd\u0131"

Əlaqəli Xəbərlər