"Mançester Siti"nin braziliyalı qapıçısı sıradan çıxdı
Əziz Əzizli
İngiltərə Premyer Liqasının 28-ci həftəsində keçirilən "Liverpul" - "Mançester Siti" matçında zədələnən qonaq komandanın qapıçısı Edersonun vəziyyətinə aydınlıq gəlib.
"Operativ Media" "Daily Mail"ə istinadən xəbər verir ki, "Siti"nin braziliyalı qapıçısı zədə səbəbindən 3-4 həftə meydanlardan uzaq qalacaq.
1:1 hesabı ilə bitən görüşün 56-cı dəqiqəsində Ederson oyunu tərk etməli olub və onu Stefan Orteqa əvəzləyib. 30 yaşlı qolkiperin yoxluğunda Orteqanın "Mançester Siti"nin qapısını qoruyacağı gözlənilir.
Britaniya komandasının digər qapıçıları 38 yaşlı Skott Karson və 18 yaşlı Tru Qrantdır.