Menyu

Azərbaycan boksçusu Nicat Hüseynov Paris-2024-ə lisenziya qazanıb

Əziz Əzizli
Azərbaycan boksçusu Nicat Hüseynov Paris-2024-ə lisenziya qazanıb

Azərbaycan boksçusu Nicat Hüseynov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

"Operativ Media" xəbər verir ki, 51 kq çəkidə mübarizə aparan ikiqat Avropa çempionumuz bu uğura İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinin 1/4 finalında Rosko Hillə (ABŞ) qalib gəlməklə nail olub.

Bu görüşədək dünya çempionatının bürünc medalçısı Deepak Deepak (Hindistan), mundialın finalçısı, Avropa çempionu Sahil Alahverdovi (Gürcüstan) və qitə ikincisi Rudolf Qarboyan (Ermənistan) üzərində inamlı qələbə qazanan Hüseynov bu dəfə də rinqdən qalib ayrılıb. Dünya çempionatının gümüş medalçısı olan amerikalı rəqibini 3:2 hesabı ilə məğlub edən yığma üzvü yarımfinala yüksəlməklə lisenziyaya sahib olub.

Nəticədə boks yığmamızın Paris-2024-ə qazandığı vəsiqələrin sayı 3-ə yüksəlib. Hüseynovdan öncə III Avropa Oyunlarında Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Olimpiadada iştirakını rəsmiləşdirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər