Menyu

Lionel Messi argentinalı qadını HƏMAS-ın girovluğundan xilas edib

Əziz Əzizli
Lionel Messi argentinalı qadını HƏMAS-ın girovluğundan xilas edib

Lionel Messinin adı argentinalı qadını Qəzzada Həmas girovluğundan xilas etmək üçün kifayət edib.

"Operativ Media" xəbər verir ki, 90 yaşlı Ester Cunionun oktyabrın 7-də İsrailin Nir Oz şəhərindəki evinə silahlı basqınçılar girib. Ester ailəsinin səkkiz üzvü ilə birlikdə Qəzzada qaçırılmaq və girov olmaq təhlükəsi ilə üzləşib. Lakin Lionel Messinin adı işin gedişatını dəyişib

Silahlı şəxslər Esterlə dialoqa girərək ona bəzi suallar veriblər. Lakin hər iki tərəf bir-birinin dilini tam başa düşməyib. Esterin hansı ölkədən olduğunu təsvir etmək üçün Lionel Messinin adından istifadə etməsi işlərin gedişatını dəyişib. Messinin fanatı olan silahlı şəxs Esteri qaçırmaqdan vaz keçərək onunla şəkil çəkdirib.

Teqlər:

"Lionel Messi argentinal\u0131 qad\u0131n\u0131 H\u018fMAS-\u0131n girovlu\u011fundan xilas edib"

Əlaqəli Xəbərlər