Menyu

Məhəmməd Salah komanda ilə məşqlərə başladı

Əziz Əzizli
Məhəmməd Salah komanda ilə məşqlərə başladı

İngiltərə Premyer Liqa komandalarından olan "Liverpul"un misirli futbolçusu Məhəmməd Salah zədəsindən sonra bu gün komanda ilə məşqlərə başlayıb.

"Operativ Media" xəbər verir ki, zədələndikdən sonra ilk dəfə bu gün komanda ilə məşqə çıxan Salahın həftəsonu liderlik mübarizəsində qonaq edəcəkləri "Mançester Siti" ilə matçın heyətində olacağı gözlənilir.

Salah bu mövsüm Afrika Millətlər Kuboku və aldığı zədələr səbəbindən bütün yarışlarda daxil olmaqla 14 matçda iştirak edə bilməyib. 31 yaşlı futbolçu sonuncu dəfə Premyer Liqanın 25-ci həftəsində "Brentford"la oyunda "qırmızılar"la meydana çıxıb və ikinci hissədə iştirak etdiyi matçı 1 qol və 1 məhsuldar ötürmə ilə tamamlayıb.

Teqlər:

"M\u0259h\u0259mm\u0259d Salah komanda il\u0259 m\u0259\u015fql\u0259r\u0259 ba\u015flad\u0131"

Əlaqəli Xəbərlər