Avropa Liqası: "Qarabağ" Bakıda "Bayer 04"lə heç-heçə edib - YENİLƏNİB-3
"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
"Operativ Media" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Almaniyanın "Bayer 04" klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 2:2.
26-cı dəqiqədə Yassin Benzia hesabı açıb. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.
Leverkuzen təmsilçisinin heyətində Florian Virtz 70-ci dəqiqədə fərqi azaldıb. 90+2-ci dəqiqədə Patrik Şik Almaniya klubunu məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.//Report//
***
23:36
Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda növbəti qol vurulub.
"Operativ Media" xəbər verir ki, qonaqlar hesabı bərabərləşdiriblər - 2:2.
90+2-ci dəqiqədə Patrik Şik fərqlənib.//Report//
***
23:16
Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda növbəti qol vurulub.
"Operativ Media" xəbər verir ki, qonaqlar hesab arasındakı fərqi azaldıblar.
70-ci dəqiqədə Florian Virtz fərqlənib.
Azərbaycan çempionu hazırda öndədir - 2:1.//Report//
***
22:15
Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin oyunları keçiriləcək.
"Operativ Media" xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda Almaniyanın "Bayer" klubunu qonaq edəcək. Matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Qeyd edək ki, cavab qarşılaşması bir həftə sonra Almaniyada baş tutacaq.
Avropa Liqası
1/8 final mərhələsi, ilk oyun
7 mart
21:45 Qarabağ - Bayer 1-0 (Leverkuzen, Almaniya)
Baş hakim: Benoit Basten (Fransa)