ÇL: "Real" "Leypziq"i, "Mançester Siti" "Kopenhagen"i qəbul edir
Bu gün Çempionlar Liqasında daha 2 yarımfinalçının adına aydınlıq gələcək.
"Operativ Media" xəbər verir ki, cavab görüşləri çərçivəsində “Mançester Siti” ilk oyunda 3:1 hesabı ilə üstələdiyi “Kopenhagen”i qəbul edəcək. “Real” isə ilk matçda 1:0 hesabı ilə qalib gəldiyi “Leypsiq”lə qarşılaşacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
00:00. Mançester Siti (İngiltərə) – Kopenhagen (Danimarka)
Hakimlər: Espen Eskas, İsaak Elias Başevkin, Anders Olav Dale, Rohit Saqqi (hamısı Norveç).
İlk oyun – 3:1
00:00. Real (İspaniya) – Leypsiq (Almaniya)
Hakimlər: Davide Massa, Filippo Meli, Stefano Alasssio, Marko Di Bello (hamısı İtaliya).
İlk oyun – 1:0
Ötən gün keçirilən 2 cavab oyunundan sonra 1/4 finalın ilk iştirakçıları müəyyənləşib. Bunlar “Bayern” və PSJ olub.