Menyu

ÇL: "Bayern" və PSJ 1/4 finala yüksəldi

Əziz Əzizli
ÇL: "Bayern" və PSJ 1/4 finala yüksəldi

Bu gün Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start verilib.

"Operativ Media" xəbər verir ki, ilk gündə 2 matç keçirilib.

“Bayern” “Latsio”nu qəbul edib. Bu komandalar arasında ilk görüş İtaliya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatsa da, cavab oyununda Münhen klubu 3 cavabsız qolla qalib gələrək növbəti mərhələyə yüksəlib.

PSJ isə “Real Sosyedad”ın qonağı olub. Biirnci görüşdə rəqibini 2:0 hesabı ilə məğub edən Paris klubu cavab qarşılaşmasında da 2:1 hesablı qələbə qazanıb.

1/8 finalın digər cavab oyunları 6, 12, 13 mart tarixlərində keçiriləcək.

UEFA Çempionlar Liqası

1/8 finalın cavab oyunları

5 mart

“Bayern” (Almaniya) – “Latsio” (İtaliya) – 3:0

Qollar: Keyn, 39; 66. Müller, 45+2.

İlk oyun – 0:1

“Real Sosyedad” (İspaniya) – PSJ (Fransa) – 1:2

Qollar: Merino, 89 – Mbappe, 15; 56.

İlk oyun – 0:2.

Teqlər:

"\u00c7L: \"Bayern\" v\u0259 PSJ 1\/4 finala y\u00fcks\u0259ldi"

Əlaqəli Xəbərlər