Əliyar Ağayevə Konfrans Liqası oyununda azərbaycanlı hakimlər kömək edəcək
Əziz Əzizli
Azərbaycanın FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin “Dinamo” (Xorvatiya) – PAOK (Yunanıstan) oyununa digər təyinatlar açıqlanıb.
"Operativ Media" xəbər verir ki, ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qarşılaşmanın VAR hakimi almaniyalı Saşa Steqemanndır. Onun köməkçisi həmyerlisi Paşal Müller olacaq. Matçın hakim-inspektoru funksiyasını isə norveçli Terye Houç yerinə yetirəcək.
Qeyd edək ki, martın 7-də gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 00:00-də start götürəcək. Cavab oyunu bir həftə sonra reallaşacaq
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net