"Qarabağ" - "Bayer" oyununun hakimləri bəlli oldu
Əziz Əzizli
Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” – “Bayer” (Almaniya) oyununun hakimləri açıqlanıb.
"Operativ Media" xəbər verir ki, görüşü Fransadan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmada Benoit Bastien ədaləti qoruyacaq. Ona Hiçam Zakrani və Aurelien Bertomieu kömək edəcəklər. Dördüncü hakim Ceremi Piqnard, VAR hakimi Benoit Millot olacaq. Ona Erik Uattelye kömək edəcək.
Matçın hakim-inspektoru İçko Lozevdir (Bolqarıstan).
Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net