Türkiyəli gənc futbolçunu Avropa klubları istəyir
Super Liqada "Qalatasaray"ın "Beşiktaş"a 1:0 hesabı ilə qalib gəldiyi matça Avropanın bir çox nəhəng klubları öz müşahidəçilərini göndərib. Derbidə skaut axınının səbəbi isə "ağ-qaralılar"ın gənc hücumçusu Semih Kılıçsoy olub.
"Operativ Media" "Sabah" qəzetinə istinadən xəbər verir ki, Semihi derbidə İngiltərədən “Arsenal” və “Mançester Siti”, İspaniyadan “Atletiko Madrid”, Almaniyadan “Borussiya Dortmund" və "Leypsiq", İtaliyadan “Yuventus” və “Napoli”nin skautları izləyib.
Gənc futbolçu ilə bağlı “Beşiktaş” – “Qalatasaray” matçından əldə etdikləri məlumatları klublarına təqdim edəcək skautlar mövsümün sonuna qədər Semihi izləməyə davam edəcək.
Gələn yay Semih Kılıçsoy üçün "ağ-qaralar"ın qapısını döyməyə hazırlaşan ilk komandanın Dortmund "Borussiya"sı olduğu iddia edilib.