Azərbaycanlı futbolçular bu həftə Türkiyədə nə ilə yadda qaldılar?
Əziz Əzizli
Türkiyə Super Liqası və 1-ci Liqasında çıxış edən azərbaycanlı futbolçular üçün bu həftə uğurlu olmayıb.
"Operativ Media" xəbər verir ki, Super Liqa komandası "Hatayspor"da çıxış edən Renat Dadaşov son oyunlarda əsas heyətə düşməkdə çətinlik çəkir. Baş məşqçi Volkan Dəmirəl Renata daha az şans verir. "Fənərbağça"ya 0-2 hesabı ilə məğlub olduqları oyunda Renat Dadaşov ikinci hissənin 78-ci dəqiqəsində oyuna daxil olub və heçnə ilə yadda qalmayıb.
1-ci Liqada "Boluspor"un şərəfini qoruyan Vüsal İsgəndərli üçün bu tur uğurlu olmayıb. Belə ki, azərbaycanlı futbolçu komandasının səfərdə "Göztepe"yə 2-0 hesabı ilə məğlub olduğu oyunda ehtiyatda qalıb. Vüsal "Boluspor"un heyətində hələki fərqlənə bilməyib.
"Tuzlaspor"da çıxış edən Bəxtiyar Həsənalizadə də uzun müddətdir ehtiyat oyunçular skamyasında əyləşib. Son turda evdə "Keçiörengücü" ilə matçda da meydana daxil olmayıb.
"Buriram Yunayted"dən "Kocaelispor"a transfer olan Ramil Şeydayev də ümidləri doğrultmur. Son iki oyunda cəmi 39 dəqiqə meydanda olan Şeydayev hələki fərqlənə bilməyib.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Dəmirspor" bu gün doğma meydanda "Karagümrük"ü qonaq edəcək.
Teqlər:
"Az\u0259rbaycanl\u0131 futbol\u00e7ular bu h\u0259ft\u0259 T\u00fcrkiy\u0259d\u0259 n\u0259 il\u0259 yadda qald\u0131lar?"