I Liqa: "Karvan" İmişlidən əliboş qayıtdı
Əziz Əzizli
Azərbaycan I Liqasında 16-cı tura yekun vurulub.
"Operativ Media" xəbər verir ki, son oyun günündə 3 qarşılaşma baş tutub.
"Araz-Saatlı" "Lökbatan" klubu ilə qarşılaşıb. Matç qonaqların 0-2 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər matçında isə "Karvan" "İmişli"nin qonağı olub. Matçda ev sahibi komanda 2-0 hesabı ilə qalib gəlib.
Turun son matçı isə "Mingəçevir" "Difai Ağsu" klublarının arasında baş tutub. Hərəyə 1 qol vuran komandalar 1-1 hesablı sülhə razılaşıblar.
16 turdan sonra "Lökbatan" və "İmişli" klubları 32 xalla 1 və 2-ci yerləri bölüşürlər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net