Menyu

Fərrux Mahmudov: "Ölkələrinin “flaqman”ı sayılan klublar arasında tarixi rəqabət bu görüşü daha da vacib edir"

Əziz Əzizli
Fərrux Mahmudov: "Ölkələrinin “flaqman”ı sayılan klublar arasında tarixi rəqabət bu görüşü daha da vacib edir"

"Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov Moskva “Spartak”ına qarşı keçiriləcək yoldaşlıq matçı ilə bağlı “Match TV”yə açıqlama verib.

"Operativ Media" xəbər verir ki, klub rəsmisi bu görüşün azarkeşlərin diqqətini çəkəcəyini bildirib: “Ölkələrinin “flaqman”ı sayılan klublar arasında tarixi rəqabət bu görüşü daha da vacib edir. İnanıram ki, matç yoldaşlıq oyunu olsa da, yenə də oyunçular və azarkeşlər arasında böyük maraq yaradacaq, həm də xoş xatirələr buraxacaq”.

Qeyd edək ki, qarşılaşma martın 23-də “Neftçi Arena”da keçiriləcək. Ötən ilin yayında Moskvada təşkil olunan yoldaşlıq görüşündə “Spartak” 2:0 hesablı qələbə qazanıb

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər