Menyu

"Bayer Leverkuzen"in müdafiəçisi Avropa nəhənglərinin hədəfində

Əziz Əzizli
"Bayer Leverkuzen"in müdafiəçisi Avropa nəhənglərinin hədəfində

Bundesliqa komandası "Bayer Leverkuzen"in sağ cinah müdafiəçisi Ceremi Frinponq Avropada bir neçə klubun maraq dairəsinə düşüb.

"Operativ Media" xəbər verir ki, bu haqda insayder Ekrem Konur məlumat yayıb. 

Məlumatda, "Real Madrid" klubunun yay transfer pəncərəsində 23 yaşlı hollandiyalı müdafiəçini heyətinə qatmaq istədiyi bildirilib.

Ceremi Frinponqa İngiltərə Premyer Liqasının iki klubu da maraq göstərir. "Liverpul" və "Mançester Yunayted" klubları futbolçunu mövsüm sonuna kimi izləyəcək.

Qeyd edək ki,  bu mövsüm "Bayer Leverkuzen"in heyətində ümumilikdə 29 oyuna çıxan Ceremi 9 qol vurub, 10 assist etməyi bacarıb.

Teqlər:

"\"Bayer Leverkuzen\"in m\u00fcdafi\u0259\u00e7isi Avropa n\u0259h\u0259ngl\u0259rinin h\u0259d\u0259find\u0259"

Əlaqəli Xəbərlər